Heç bir məhkəmə mübahisə edən tərəflərə deyə bilməz ki, “Bu qanunda (və ya müqavilədə) qeyri-müəyyənlik vardır. Mən bu işi həll edə bilmərəm. Durun gedin…”
Məsələdə ondadır ki, qanun və qaydalar çox nadir hallarda və ya nadir mübahisələrdə tam olaraq aydın olur. Başqa cür desək, insanlar (o cümlədən şirkətlər və digər qurumlar) arasında mübahisə ona görə yaranır ki, onların qanunlara, qaydalara və müqavilələrə baxışları fərqli olur – yəni iki insan eyni mətnə fərqli baxır. Bu təbiidir. Mən düşünmürəm ki, dünya hansısa mərhələrdə mükəmməl qanuna və ya müqaviləyə nail olsun. Qanun v’ qaydalar həmişə qeyri-mükəmməl (imperfect) olacaqlar. Bu əlbəttə ki, yaxşı qanunların və ya müqavilələrin hazırlanması tələbini və ya əhəmiyyətini azaltmır. Ancaq müəyyən qeyri-mükəmməllik yenə də qalır.
Kontinental sistemin ən-ənələri bizim hüquq və məhkəmənin rolu barədə düşüncələrimizə çox təsir edir. Biz düşünürük ki, məhkəmələr ancaq qanunlara baxır və onların əsasında mübahisələri həll edirlər. Əslində məhkəmələrin daha böyük və əhəmiyyətli rolu məhz qanun və qaydaların aydın olmadığı hallarda mübahisələri həll etməkdir.
Belə olan halda cəmiyyətdə məhkəmənin rolu əhəmiyyətli olur (və həmişə olubdur).
Ədalət hüququ – Tarix
İngiltərədə orta əsrlərdə məhkəmələr qərarları vasitəsi ilə müəyyən qaydalar müəyyən edirdilər. Bunlara deyirdilər “common law”. Yəni ümumi (hamıya) tətbiq edilən qanun. Problem onda idi ki, heç də məhkəmələr bütün hallar üzrə qərar qəbul edə və qayda yarada bilmirdirlər. Ümumi məhkəmələrə (common courts) müraciət etmək üçün onların qəbul edə bildiyi iddia əsaslarına (cause of action) istinadə edərək iddia təqdim etmək lazım idi. Elə iddialar varidi ki (misal üçün, əmlaka qanunsuz müdaxilənin aradan qaldırlması) ümumi məhkəmələrdə bunlar barədə iddia əsası (cause of action) mövcud deyildi. İddia əsası olmadığı üçündə ümumi məhkəmə məsələni icraatına götürə bilmirdi.
Bu cür problemlərin həll edilməsi üçün insanlar Krala müraciət etməli olurdular. Ümumi məhkəmələrdə fərqli olaraq Kral hər hansı formal qaydalar ilə bağlı deyildi və sadəcə “ədalət prinsipləri” (equity) əsasında qərar qəbul edə bilərdi.
Çoxsaylı müraciətlər olduğu üçün, əlbəttə ki, Kral tək özü bu işlərə baxa bilməzdi (və ümumiyyətlə bəlli deyil ki, nə vaxtsa baxıbmı). Kral bu səlahiyyətini Kanslerin ofisinə (Chancery) – bu ofisə rəhbərliyi Lord Kanslerə (Lord of Chancery) rəhbərli edirdi – həvalə etdi. Kanslerin ofisi bir növ Kralın baş katibliyi kimi bir institut idi. Lord Kansler isə tədricən öz rəhbərliyi altında Kansler Məhkəmələri (Court of Chancery) yaratdı və bu məhkəmələr bəzi ölkələrdə bu günədək fəaliyyət göstərirlər.
Kansler Məhkəmələri hər hansı formal qaydalar üzərində deyil məhz ədalət prinsipləri əsasında qərarlar qəbul edirdilər. Ancaq əlbəttə ki, bir məhkəmə iki eyni iş üzrə qərar qəbul edə bilməzdi. Bu səbəbdən onlar da ümumi məhkəmələr kimi president formasında qaydalar (və qanunlar) yaratmağa başladılar.
Ədalətin tarixi izi…
ABŞ-da bir çox Ştatlarda ədalət məhkəmələri (yəni Kansler Məhkəmələri kimi məhkəmələr) ümumiyyətlə qalmayıb və ləğv olunublar. Ümumən bir çox dövlətlərdə ümumi məhkəmələrə ədalət məhkəmələri ilə birləşmişlər. Nəticədə sadəcə bir formal məhkəmə institutu yaradılmışdır. Ancaq ədalət məhkəmələrinin buraxdığı iz çox böyük əhəmiyyətə malikdir. Onlar məhkəmənin roluna çox ciddi və əhəmiyyətli təsir göstərmişlər. Bir çox Anqlo-Sakson hüquq sistemini tətbiq edilən ölkələrdə anlayırlar ki, məhkəmənin cəmiyyətdə rolu (və əhəmiyyəti) sadəcə formal qaydalar əsasında mübahisəni həll edilməsi ilə məhdudlaşmır. Bu mümkün də deyil – yəni belə olduğu halda məhkəmənin rolu azalacaq. O zaman gələk yenə də “ədalət məhkəməsi” və ya ona oxşar olan bir institut fəaliyyət göstərsin. Məhkəmələr mübahisələri həll edirlər.
Əlbəttə bunlar hamısı o demək deyil ki, məhkəmə heç vaxt qanuna baxmır və daim özü ədalətli saydığını tətbiq etməlidir. Məhkəmə ilk növbədə qanun və qaydalar əsasında mübahisəinin həllinə çalışmalıdır. Ancaq yuxarıda qeyd etdiyimiz kimi mübahisə yaranan bir çox hallarda qanun və qaydaların mükəmməl olmaması üzrə çıxır və məhkəmə daim konkret bir formal istiqamət olmadığı halda ədalət prinsipləri əsasında mübahisələri həll emtəlidir.
Bunun üçün nə lazımdır?
Ədalət prinsipləri əsasında mübahisənin həll edilməsi sadə səslənsə də kifayət qədər qəliz bir prosesdir və daha çox bilik və bacarıq tələb edir. Bir çox hallarda (təəssüflə qeyd edirik) düşünürlər ki, düzgün/ədalətli qərar qəbul etməyin hansısa məqamda ədalətsiz (adətən məhkəməni sahibkarlıq obyektinə çevirmək məqsədi ilə) olması ilə heç bir əlaqəsi yoxdur. Bir hakim (onlar deyərlər “savadlı”, ancaq belə adamlar savadlı ola bilməz) həm müəyyən hallarda (onların dili ilə – “lazım olanda”) qeyri-obyektiv ola bilər və “lazım olanda” ədalətli. Bu yanlış yanaşmadır. Burada bir çox istər stimul, istər biliklərin toplanması və təhlili, istərsə də beyinin “məşq etdirilməsi” kimi müxtəlif faktorlar vardır. Ona görə hakim öz işlərini normal yerinə yetirmək üçün gələk ədalət işinə yaxından bağlı olsun. Başqa cür olmur. Bu işi görən insanlar gələk illər boyu öz beyinlərini düzgün istiqamətdə məşq etdirsinlər və tədricən özlərində güclü “ədalət hissini” inkişaf etdirsinlər.
Yəni bunun üçün bilikdən əlavə, həmçinin düzgün yanaşma (əqidə) lazımdır. Əks halda biz “yarımçıq ədalət” əldə edirik. “Yarımçıq ədalət” (əgər belə bir ədalət forması ümumiyyətlə mövcuddursa və ya mövcud ola bilərsə) ədalət deyildir.